Biz
Şirkət olaraq 2008-ci ildən rəsmi fəaliyyət göstəririk (topdan və pərakəndə
satış) və aşağıda göstərilən sahələrdə zəngin təcrübəmiz vardır. Bir çox xarici
şirkətlərin Azərbaycan Respublikasında rəsmi nümayəndisiyik. Alıcılarımızın rahatlığını
düşünərək alış prosesini rahatlaşdırmaq məqsədi ilə artıq sayt formasında da
fəaliyyət göstəririk. Əsas diqqət hər bir müştərinin fərdi istəyinə ayrılır.
Biz əməkdaşlıq üçün əlverişli şərtlər, endirimlər edirik və lazımi məlumatları
təqdim etməyə hər zaman hazırıq. Müxtəlif məhsulların mövcudluğunu həmişə
saytımızda izləyə bilərsiniz.
Biz
həmçinin əlavə olaraq seçdiyiniz məhsulların dizaynına, quraşdırılmasına da
kömək edə bilərik.
Əsas
prinsipimiz – etibarlılıq və hər bir məhsulumuza olan inamdır.
Saytımızda
hər növ dekorativ məhsulları sifariş edə bilərsiniz. Bunun üçün sadəcə əlaqə
formasını doldurmalı və sifarişinizin daha ətraflı dəqiqləşdirilməsi üçün
menecerin zəngini gözləməyiniz yetərlidir.
Məhsul
çeşidimiz demək olar hər gün genişlənir, ev, ofis, restoran və digər
məkanlarınızın təmiri və dekorasiyası üçün lazımı olan bütün dekorativ
məhsulları mağazalarımızdan rahatlıqla əldə edə bilərsiniz!
Alışınızı
həm köçürmə, həm də nağd şəkildə edə bilərsiniz.
Məhsullarımızı həm topdan, həm də, pərakəndə şəkildə
əldə edə bilərsiniz.
• Dekorativ mərmər görünüşlü panellər
• Akustik
mdf daraqlar
• Pətək tipli dekorativ panellər
• Pvc daraqlar
• Qaya
görünüşlü panellər
• Poliritian
çərçivə modelləri
• Dekorativ güzgülər
• Süni
ot